Məzmuna keçin

EPoint

Warning

Bu sorğulardan istifadə etmək üçün, bu dəyərləri "environment variable"-larına əlavə etməlisiniz: EPOINT_PUBLIC_KEY, EPOINT_PRIVATE_KEY

Note

EPoint interfeysinin dilini dəyişmək istəyirsinizsə, EPOINT_INTERFACE_LANG "environment variable"-na dəyər verin. Default olaraq, Azərbaycan dili olacaq.

Sorğular uğurlu və ya uğursuz olduqda, spesifik URL-ə yönləndirmək istəyirsinizsə, bu dəyişənlərə də mühit levelində dəyər verin: EPOINT_SUCCESS_REDIRECT_URL, EPOINT_FAILED_REDIRECT_URL

Rəsmi Dokumentasiya (v1.0.3)

Azərbaycanca

İngliscə

Rusca

Sorğular listi

Sorğu metodu Məqsəd EPoint API Callback-ə sorğu atılır
pay Ödəniş /api/1/request
get_transaction_status Ödəniş statusunun yoxlanılması /api/1/get-status ❌
save_card Ödəniş olmadan kartı yadda saxlamaq /api/1/card-registration
pay_with_saved_card Saxlanılan kartla ödəniş /api/1/execute-pay ❌
pay_and_save_card Ödəniş etmə və kartı yadda saxlamaq /api/1/card-registration-with-pay
payout Vəsaitlərin köçürülməsi /api/1/refund-request ❌
refund Ödənişi tam və ya yarımçıq geri qaytarma /api/1/reverse ❌
split_pay Ödənişi başqa EPoint istifadəçisi ilə bölüb ödəmə /api/1/split-request
split_pay_with_saved_card Saxlanılmış kartla ödənişi başqa EPoint istifadəçisi ilə bölüb ödəmə /api/1/split-execute-pay ❌
split_pay_and_save_card Ödənişi başqa EPoint istifadəçisi ilə bölüb ödəmə və kartı saxlamaq /api/1/split-card-registration-with-pay

Callback Sorğusu

Bəzi sorğular müştəri məlumat daxil etdikdən və arxa fonda bank işləmləri bitdikdən sonra, tranzaksiya haqqında məlumat sizin EPoint dashboard-da qeyd etdiyiniz callback URL-ə POST sorğusu göndərilir. Data siz adətən sorğu göndərdiyiniz formatda gəlir:

{
    'data': 'base64data'
    'signature': 'sha1signature'
}

Bu data-nı signature-ni yoxladıqdan sonra, decode etmək lazımdır. Callback üçün API yazdıqda, datanı alıb, helper.py-dakı decode_callback_data funksiyası ilə həm signature yoxlanması həm də datanın decode-unu edə bilərsiniz. Bu funksiya sizə DecodedCallbackDataSchema formatında decode olunmuş datanı qaytarır.

Qeyd

FastAPI istifadəçiləri kiçik "shortcut"-dan istifadə edə bilərlər:

from fastapi import Fastapi, APIRouter, Depends
from integrify.epoint.schemas.callback import DecodedCallbackDataSchema
from integrify.epoint.helper import decode_callback_data

router = APIRouter()

@router.post('/epoint/callback')
async def epoint_callback(data: DecodedCallbackDataSchema = Depends(decode_callback_data)):
   ...

Funksiyanı belə yazdıqda, data avtomatik signature-i yoxlanaraq decode edilir.


Callback Data formatı

Nə sorğu göndərməyinizdən asılı olaraq, callback-ə gələn data biraz fərqlənə bilər. DecodedCallbackDataSchema bütün bu dataları özündə cəmləsə də, hansı fieldlərin gəlməyəcəyini (yəni, decode-dan sonra None olacağını) bilmək yaxşı olar. Ümumilikdə, mümkün olacaq datalar bunlardır:

Dəyişən adı İzahı
status Success və ya failed əməliyyatının nəticəsi
message Ödənişin icra statusu haqqında mesaj
code Bankın cavab kodu. 3 rəqəmli koddan, xəta/uğur mesajına çevrilir.
transaction Epoint xidmətinin əməliyyat IDsi
bank_transaction Bank ödəniş əməliyyatı IDsi
bank_response Ödəniş icrasının nəticəsi ilə bankın cavabı
operation_code 001-kart qeydiyyatı\n100- istifadəçi ödənişi
rrn Retrieval Reference Number - unikal əməliyyat identifikator. Yalnız uğurlu bir əməliyyat üçün mövcuddur
card_mask Ödəniş səhifəsində göstərilən istifadəçi adı
card_name 123456******1234 formatında əks edilən kart maskası
amount Ödəniş məbləği
order_id Tətbiqinizdə unikal əməliyyat ID
card_id Ödənişləri yerinə yetirmək üçün istifadə edilm lazım olan unikal kart identifikatoru
split_amount İkinci istifadəçi üçün ödəniş məbləği
other_attr Əlavə göndərdiyiniz seçimlər

Sorğudan asılı olaraq, bu data-lar callback-də GƏLMİR (yəni, avtomatik None dəyəri alır):

Sorğu metodu Callback-də gəlməyəcək datalar
pay card_id, split_amount
save_card order_id, transaction, amount, other_attr
pay_and_save_card message
split_pay -
split_pay_and_save_card message

Qeyd

Qalan bütün data-lar sorğu success olduqda gəlir, əks halda, onlar da None dəyəri alır.